Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir İsraildə keçiriləcək Kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə dəvət olunub


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemlə görüşüb.

Səlahiyyət müddəti başa çatan və ölkəmizdə missiyasını başa vuran səfir Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsindəki mövcud əlaqələri yüksək qiymətləndirərək, əlaqələrin intensivləşdirilməsi istiqamətində səylərin artırılacağına əmin olduğunu vurğulayıb.

Səfir Mixael Lavon-Lotem nazir Əli Abbasovun cari ilin noyabr ayında İsraildə keçiriləcək Kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə dəvət olunduğunu bildirib. Nazir Əli Abbasov da öz növbəsində Azərbaycan-İsrail İKT münasibətlərinin inkişafını yüksək qiymətləndirərək, İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib.

İsrailin Yaxın Şərqdə, ümumiyyətlə, regionda İKT sahəsində aparıcı ölkə olduğunu vurğulayan nazir cari ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin "BakuTel" sərgi-konfransına israilli həmkarını dəvət edib.




24/08/12    Çap et