Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvanlı yardım alan ailələrdən 99,7 faizi yardımı plastik kart vasitəsilə alır


Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş ünvanlı sosial yardım (ÜSY) proqramının icrası davam etdirilir. Görülən işlərin nəticəsi olaraq, cari ilin 1 avqust tarixinə olan məlumata əsasən, respublikada 629129 nəfər ailə üzvünü əhatə edən 141 378 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib ki, onlardan 79 559-u 2012-ci ildə yardım təyin edilən, 39 573-ü ilk dəfə ünvanlı yardım təyin olunan, 110 062-i isə dövlətdən ilk dəfə yardım alan ailələrdir.

Hazırda ünvanlı yardım alan ailələrdən 99,7 faizi yardımı plastik kart vasitəsi ilə alır. “ICTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, aztəminatlı ailələrin potensialları nəzərə alınmaqla aktiv sosial müdafiə proqramlarına cəlb olunması yolu ilə onların özünütəminetmə imkanlarına malik olması üçün “Özünədəstək” layihəsinin icrası işləri uğurla davam etdirilir. Artıq ölkənin 13 rayonu üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrdən 263 ailə seçilərək “Özünədəstək” layihəsinə cəlb olunub.

Layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur.

HƏQİQƏT




24/08/12    Çap et