Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağac yonqarlar yeni möcüzə materiallardır?


Alimlər ağac pulpadan əldə olunmuş nanokristallik sellülozu (NCC) yeni texnologiya sıçrayışı adlandırırlar. İstehsalı ucuz olan, həmçinin elektrik keçiriciliyinə malik bu yüngül və möhkəm materialı praktiki olaraq hər yerdə tətbiq etmək olar.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "NCC" artıq aparıcı şirkətlər tərəfindən tətbiq edilir. Məsələn, Yaponiyanın "Pioneer Electronics" şirkəti nanosellülozu növbəti nəsil elastik maye kristal ekranların istehsalında tətbiq edir və "IBM" isə onu kompyuterlər üçün nəzərdə tutulmuş komponentlərə əlavə edir.

Bundan əlavə, ABŞ hərbçiləri emal edilmiş ağac pulpadan yüngülçəkili güllədeşməz jiletlərin və ballistika şüşələrinin yaradılmasında istifadə edirlər. "NCC" faktiki olaraq karbon nanoboruların təbii və bərpa olunan versiyasıdır.

O, paslanmayan poladdan 8 dəfə daha möhkəmdir. Qeyd edək ki, nanosellüloz istehsalı üzrə birinci zavod 2011-ci ilin noyabrında Monrealda (Kanada) açılıb. İkinci fabrik 2012-ci ilin iyulunda ABŞ-da açılıb.

EMİL




24/08/12    Çap et