Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin şirkəti bir saat ərzində 200 min smartfon satıb
Çinin "Xiaomi" şirkəti avqustun ortasında dünyada ən ucuz 4 nüvəli "Xiaomi Phone 2" smartfonunu təqdim etmişdi. Şirkət bu gün onun yenilənmiş versiyası - "Mi-One S" modelinin satışlarına başlayıb. 1 saatdan az müddətdə 200 min aparat satılıb.
Qeyd edək ki, ilkin sifarişlərin həcmi 1,1 milyon qurğu təşkil edir. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Xiaomi" şirkəti aparatlarını yaxın gələcəkdə digər ölkələrdə də satmağı planlaşdırır.
"Xiaomi Mi-One S" smartfonu 1,7 QHs takt tezliyində işləyən "Qualcomm MSM8260 Snapdragon" 2 nüvəli prosessoru ilə təchiz edilib. 4 düymlü ekran 480×854 nöqtə (245 ppi) təsvir ölçüsünə malikdir, əməli yaddaş tutumu 1 QB və daxili yaddaş 4 QB təşkil edir.
Əsas kamera 8 meqapiksel və ön kamera 2 meqapikseldir. Batareyanın tutumu 1930 milliamper/saat təşkil edir.
EMİL
24/08/12 Çap et