Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar müəllimlərə uşaqlara nəzarət etməkdə yardımçı olacaq
Koreya Elm və Texnologiya İnkişaf İnstitutunun smartfonlar üçün hazırladığı "RubberBand" tətbiqi müəllimlərə gəzintilər, ekskursiya və ya açıq havada məşğuliyyət zamanı uşaqlara nəzarət etməkdə yardımçı olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, proqram şagirdlərin çantalarına quraşdırılmış xüsusi radiotezlik qəbuledicilərindən istifadə edir.
Belə radioverici aparat hər saniyə qrupun bütün iştirakçılarına siqnal göndərir. "RubberBand" tətbiqi quraşdırılmış smartfon real zaman rejimində qrup iştirakçıları arasında siqnalın səviyyəsini yoxlayır. Uşaqlardan kimsə qrupdan ayrı düşdükdə sistem dərhal həyəcan siqnalı çalacaq və "itmiş" uşağın fotosunu əks etdirəcək.
EMİL
25/08/12 Çap et