Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” qalib gəldi


San-Xose (Kaliforniya ştatı) şəhərinin federal məhkəməsində məhkəmə iclasçıları "Samsung" şirkətini Amerikanın "Apple" şirkətinin 6 patentinin hüquqlarını pozmaqda günahkar bilib.

Məhkəmənin qərarına əsasən, "Samsung" şirkəti 1,05 milyard dollar həcmində kompensasiya ödəməlidir. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, qərar 22 saatlıq müzakirədən sonra çıxarılıb.

Bundan əvvəl "Apple" Cənubi Koreya şirkətini "iPhone" və digər qurğuların texnologiyasının "oğurlanması"nda və dizaynının köçürülməsində ittiham etmişdi. Bir gün əvvəl Koreya Respublikasında şirkətlərin qarşılıqlı iddialarına baxan məhkəmə "Samsung" və "Apple" şirkətlərinin bir-birlərinin patentlərini pozması haqqında qərar qəbul edib.

Məhkəmə cəza tədbiri kimi ölkə ərazisində hər iki ölkənin qurğularının satışlarına məhdudiyyət tətbiq edib.

EMİL




25/08/12    Çap et