Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikalı piratçılığa görə 675 min dollar ödəməli olacaq
28 yaşlı amerikalı Coel Tenenbaum 30 musiqi parçasını qanunsuz yüklədiyi və yaydığına görə 675 min dollar kompensasiya ödəməli olacaq. Bu işin baxılması üç ildir ki davam edir: müxtəlif instansiya məhkəmələri 3 il ərzində müxtəlif qərarlar çıxarıblar.
Massaçusets ştatının dairə hakimi musiqi həvəskarının əvvəlki şikayətini rədd edərək onun 675 min dollar həcmində cərimə ödəməsi haqqında qərarı təsdiqləyib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 1999-cu ildən 2007-ci ilədək Coel Tenenbaum azad girişdə təxminən 800 mahnı yerləşdirmişdi, lakin onlardan yalnız 30-u məhkəmə təhqiqatının predmeti olub.
EMİL
25/08/12 Çap et