Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Kodak" şirkəti istehlak bazarını tərk edir


Vəziyyəti heç də yaxşı olmayan "Eastman Kodak" şirkəti hazırda "Personalized Imaging və Document Imaging" bölməsinin satışına hazırlaşır. 

Bu isə o deməkdir ki, şirkət istehlak biznesinin çox hissəsindən canını qurtarır. Bundan sonra "Kodak" ticarət həlləri və korporativ sinfə məxsus xidmətlərini inkişaf etdirmək niyyətindədir.

 "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, istehlak biznesinin satılmasının kreditorlarla hesablaşmağa və 2013-cü il ərzində müflislik prosedurundan xilas olmağa yardımçı olacağı güman edilir. 

EMİL




25/08/12    Çap et