Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tim Kuku Stiv Cobsdan daha çox sevirlər


2012-ci il avqustun 25-də "Apple" korporasiyasının banisi Stiv Cobsun şirkətin direktor postunu tərk etməsindən artıq 1 il ötdü. Məhz 2011-ci il avqustun 25-də Cobs əməkdaşlara məktubla müraciət edərək Tim Kuku öz varisi elan etmişdi.

 "ICTnews.az" elektron xəbər xidməti "rg.ru" saytına istinadən bildirir ki, analitiklərin sözlərinə görə, Tim Kukun rəhbərliyi altında korporasiya xeyli uğur əldə edib.

Belə ki, həmin müddət ərzində "Apple"-ın səhmləri 2 dəfə artaraq 700 dollar təşkil edib. Nəticədə "Apple" tarixdə ən bahalı şirkət oldu. Məlumat üçün qeyd edək ki, "Apple"-ın yeni direktoru Tim Kuk nadir hallarda mətbuatda bəyanatlarla çıxış edir.

Bununla bərabər onun korporasiya işçiləri arasındakı reytinqi Cobsla müqayisədə daha çoxdur. Tim Kuk "Apple"-ın Çində yerləşən zavodlarında vəziyyəti (işçilərin maaşını artırdı və əmək şərtlərini yaxşılaşdırdı) yoluna qoymaqla, həmçinin xeyriyyəçilik fəaliyyəti sayəsində imicini qaldıra bilib.

EMİL




25/08/12    Çap et