Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“MilliKart”la “Azərpoçt” arasında qarşılıqlı əlaqənin yaradılması
“MilliKart” MMC prossesinq mərkəzi ilə “Azərpoçt” MMC-nin korporativ-informasiya sistemi arasında qarşılıqlı əlaqənin yaradılması prosesi başa çatıb.
İlk mərhələdə plastik kartlar vasitəsilə aylıq əmək haqlarının ödənilməsi, ikinci mərhələdə əhalinin sosial müavinətlərinin verilməsi planlaşdırılır. Hazırda 5 minə yaxın əmək haqqı kartı “Azərpoçt” tərəfindən emissiya edilərək müştərilərə təqdim olunub. Müəssisə bu ilin sonunadək 70 minə yaxın plastik kartın emissiyasını planlaşdırır.
27/08/12 Çap et