Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPad Mini”-nin satışları oktyabrda başlayacaq
“All Things Digital” nəşrinin informasiyasına əsasən, “Apple” şirkəti 2012-ci ilin oktyabrında 7 düymlü ekrana malik “iPad” planşetinin kiçik versiyasını təqdim edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkət əvvəlcə flaqman smartfonunun son versiyasını təqdim edəcək. “Apple” şirkəti yalnız yeni nəsil “iPhone” smartfonu bazara çıxarıldıqdan sonra “iPad” planşetinin kiçik versiyasını təqdim edəcək.
EMİL
27/08/12 Çap et