Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Onlayn jurnalistika üzrə» seminar keçirilir


Bu gün İnternet İdarəçilik Forumunun işıqlandırılması istiqamətində «Onlayn jurnalistika üzrə» seminar öz işinə başlayıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, 5 gün davam edəcək seminarın məqsədi adıçəkilən forumun təqdim olunmasıdır.

Təlim müddətində iştirakçıların onlayn jurnalistikanın mahiyyəti barəsində fikirlər irəli sürmək, janr məsələlərini və rəqəmsal media məzmunlarını müzakirə etmək imkanları olacaq.

Bununla belə, seminar daha çox praktik mahiyyət daşıyacaq. İştirakçılar seminar müddətində veb-tapşırıqlar hazırlayacaq və həmin tapşırıqları təlimin internet saytında dərc edəcəklər. Seminarda jurnalistlər, bloqqerlər və İnternet İdarəçilik Forumu ilə maraqlanan vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.






SEYMUR





27/08/12    Çap et