Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” erası sona yaxınlaşır


Müasir unifikasiya (vahid şəklə salma) tendensiyasına uyğun olaraq, “Microsoft” korporasiyası fərdi kompyuter, smartfon, planşet və televizorlar üçün vahid əməliyyat sistemi və alətlər istifadəyə verməyi planlaşdırır. Belə fikri Los-Ancelesdə keçirilmiş “Microsoft Worldwide Partner Conference” konfransı çərçivəsində “Windows Phone” hazırlaması üzrə bölmənin prezidenti Endryu Lis səsləndirib. "Biz fərdi kompyuter, smartfon və planşetlər üçün ayrı-ayrı platformalar təklif etməyəcəyik – bu, vahid məhsul olacaq" - deyə Endryu bildirib.
Eyni zamanda, artıq yeni hədəfə doğru ilk addımları görmək olar. 2012-ci ildə “Microsoft” şirkəti müxtəlif mikroprosessor arxitekturalarını – “İntel x86” və ARM-ı dəstəkləyən ilk “Windows” əməliyyat sistemini çıxarmağı planlaşdırır. Qeyd edək ki, belə inkişaf yolunu ilk fikirləşən “Microsoft” şirkəti deyil və o, yalnız rəqiblərin – “Apple” və “Google” nümunələrini izləyir. Belə ki, “Apple” əvvəlcə “iPhone” üçün yaradılmış “iOS” əməliyyat sistemini “iPod touch” pleyerində, sonra “iPad” planşetində və hətta “Apple TV” televiziya konsolunda istifadə etməyə başlayıb.


www.cnews.ru




18/07/11    Çap et