Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” “microsoft-sony.com” domenini niyə qeydiyyatdan keçirib?


Keçən həftə “Microsoft” şirkəti “microsoft-sony.com” domen adını qeydiyyatdan keçirib. Bu da bir çox şayiələrin yaranmasına səbəb olub. Bəzi analitiklər, hətta şirkətlərin birgə oyun layihəsi yaradılması üçün səylərini birləşdirəcəyini güman ediblər.
Ötən bazar günü dünyada ən böyük proqram təminatı istehsalçısının rəhbərliyi belə şayiələrə son qoymağa qərar verib. Belə ki, “Microsoft” nümayəndəsi yeni domen adının qeydiyyatında sensasiyalar axtarmamağı xahiş edib. O bildirib ki, hər iki korporasiya uzun müddətdir ki, partnyordur və “microsoft-sony.com” ünvanı kiberskvotterlərdən müdafiə məqsədi ilə qeydiyyatdan keçirilib.


www.onliner.by




18/07/11    Çap et