Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin bazarında daha çox smartfon satılır
“IDC” analitik şirkətinin tədqiqatına görə, Çin bazarında smartfon satışlarının həcmi artım sürətinə görə büdcəyə uyğun mobil telefon bazarının həcmini üstələyir. Hərçənd Çinin mobil rabitə abunəçilərinin mühüm hissəsi əvvəlki kimi telefonlardan istifadə edir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə Çin bazarına ümumilikdə 87 milyon mobil rabitə qurğusu tədarük edilib. Məlumat üçün bildirək ki, onların 51 faizi (44,4 milyon) smartfondur.
"Çinin smartfon bazarı sürətli templə artmaqdadır. İnsanlar daha çox smartfon alırlar və rəqabət nəticəsində bazarda məhsulun qiyməti sürətlə aşağı düşür" – “IDC”-nin çinli analitiki Tek Çun Von bildirib. Onun sözlərinə görə, Çində satılan smartfonların əksəriyyətinin qiyməti təxminən 160 dollara bərabərdir.
EMİL
27/08/12 Çap et