Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nəhəng İT şirkəti səhv edib


“Microsoft” korporasiyası təsadüfən “Socl.com” saytında yeni sosial xidmətin əsas səhifəsinin maketini dərc edib. Hazırlanan resurs “Tulalip” adlanır. Qısa təsvirdə bildirilib ki, yeni resurs istifadəçilərə onlara lazım olanı axtarmağa və öz biliklərini digərləri ilə bölüşməyə icazə verəcək.
“Microsoft” artıq “Tulalip” səhifəsinin maketini silib və üzr istəyib. “Socl.com” – bu, “Microsoft Research” bölməsinin daxili dizayner layihəsidir və şəbəkədə səhvən dərc edilib. Biz bunu istəmirdik"- deyə şirkətin açıqlamasında bildirilib. Hələ “Tulalip” layihəsinin sosial şəbəkə olacağı və ya “Microsoft” daxilində sınaq kimi qalacağı məlum deyil. Çünki bu barədə korporasiya şərh verməyib.


net.compulenta.ru




18/07/11    Çap et