Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dropbox” istifadəçilərdən məxfi kodu tələb edəcək


“Dropbox” fayl anbarı hesabların təhlükəsizliyinin təmin olunması üzrə (görə) əlavə tədbirlər həyata keçirib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Dropbox” xidmətində hesaba giriş zamanı istifadəçilərdən şifrədən savayı altı rəqəmli kod daxil etmək tələb olunacaq.

O, mətn mesajı şəklində telefona göndərilə və ya xüsusi proqram-generatorun vasitəsilə yaradıla bilər. Həmin proqram-generatoru mobil telefona quraşdırmaq olar.

Kod hesabın yad əllərə düşmək ehtimalını azaltmaq üçün nəzərdə tutulub.Funksiya hələ ki sınaq rejimində işləyir.






EMİL





27/08/12    Çap et