Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çinli 5 il əvvəl oğurladığı "boşluq" klavişini internet-kafeyə geri qaytarıb
Çinin şəhərlərindən birində maraqlı hadisə baş verib. Yerli sakin oğurladığı "boşluq" klavişini internet-kafeyə geri qaytarmaqla bağlı qərar qəbul edib. Çinli "boşluq klavişini təxminən 5 il əvvəl oğurlayıb və onu evdə saxlayıb. Lakin evlənmək ərəfəsində düzgün yola qayıtmağa qərar verib.
"ICTnews.az" elektron xəbər xidməti "onliner.by" saytına istinadən bildirir ki, "The People's Daily" adlı dövlət qəzetinin məlumatına görə, çinli oğurluq hadisəsini "Audition Online Dance Battle" oyunu zamanı "boşluq" klavişinin yaratdığı zəhlətökən səs-küylə izah edib.
Özünü ələ ala bilməyən çinli kafedə quraşdırılmış bütün kompyuterlərdəki klaviaturalardan "boşluq" klavişini çıxarıb. Beləliklə, çinli internet-kafeyə gələrək oğurlanmış əmlakı administratorun rəfinə boşaldıb. "Bu hadisə baş verdikdən sonra biz kafeyə əlavə videokameralar quraşdırdıq" - kafenin sahibi vəziyyəti izah edib.
EMİL
28/08/12 Çap et