Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponlar "kulinariya trenajoru" yaradacaq (VİDEO)


Bifşteks daim yanır, süd daşır, qaynadılmış kartof əvəzinə çipsi alınır? Tokio Texnologiya İnstitutundan tədqiqat qrupu bu problemin həlli ilə məşğul olub. Yaponiyalı alimlər əsl tavadan və virtual yeməkdən ibarət “kulinariya trenajoru” fikirləşiblər.

“ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, xüsusi datçiklər tavanın hərəkətini izləyir, sistem yeməyin hazırlanma vaxtını, “alov”un temperaturunu, nəzərdə tutulan inqrediyentlərin çəkisini və növünü nəzərə alır. Tavanın səthində virtual məhsulların təsviri proyeksiya edilir.
Virtual əti virtual çömçə vasitəsilə çevirmək olar.
 





EMİL





28/08/12    Çap et