Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Qırğızıstan hökumətinin saytına hücum ediblər


Qırğızıstan hökumətinin rəsmi saytı haker hücumuna məruz qalıb.“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, Qırğızıstan Nazirlər Kabinetinin yaydığı məlumata görə, əvvəlcə saytın (http://www.gov.kg/) əsas səhifəsində yerləşdirilmiş bütün materiallar silinib, bundan sonra isə ərəb dilində yazı yerləşdirilib.

Saytı “sındırmış” hakerlər aşağıdakı məzmunda yazı yerləşdiriblər: "Made in KCA". Bu, hakerlərin yaşadığı yerin Səudiyyə Ərəbistanı olduğuna işarədir.Hazırda yerli mütəxəssislər portalın fəaliyyətini bərpa etməyə çalışırlar.
 






EMİL





28/08/12    Çap et