Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Abituriyentlər TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. “ICTnews.az” elektron xəbər xidməti TQDK-nın mətbuat xidmətinə istinadən bildirir ki, abituriyentlər avqustun 28-i saat 12:30-dan etibarən komitənin internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Abituriyent imtahana gələrkən mütləq imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə götürməlidirlər.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək.





SEYMUR




28/08/12    Çap et