Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan sosial şəbəkələrdən istifadə reytinqinə görə 138 ölkə arasında 44-cü yeri tutub


Texnoloji yeniliyin sürətlə gətirdiyi dəyişikliklərdən biri də virtual sosial şəbəkələrdir. Sosial şəbəkələr müasir texnologiyaların yaratdığı xəbərləşmə, paylaşma, müzakirə etmə kimi bir çox ünsürləri özündə ehtiva edərək dünyanın əksər internet istifadəçiləri arasında xüsusi populyarlıq qazanıb. Bu gün ölkədə sosial şəbəkələrin istifadə səviyyəsi artmaqdadır ki, bu da ölkədə İKT-nin tətbiq səviyyəsinin artmasının və internet azadlığının bariz nümunəsidir. Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə görə, Azərbaycan sosial şəbəkələrdən istifadə reytinqinə görə 138 ölkə arasında 44-cü yeri tutub. 2010-cu ilin yekunlarına görə, ilkin qiymətləndirmələrə əsasən, “Facebook” sosial şəbəkəsinin əhali arasında əhatə dairəsi təqribən 3,0% təşkil edir ki, bu isə ölkənin hər internet istifadəçisində 16.5-nin bu şəbəkədən istifadə etməsi deməkdir.




18/07/11    Çap et