Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LulzSec” haker qruplaşmasından olan haker həbs edilib
Avqustun 28-də Arizona ştatının Feniks şəhərində “LulzSec” haker qruplaşmasının üzvü saxlanılıb.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 20 yaşlı Reynaldo Rivera hökumətə təslim olub. O, ”Sony Pictures Entertainment” şirkətinin saytının “sındırılmasında” və şəxsi məlumatların oğurlanmasında şübhəli bilinir.
Əgər məhkəmə Riveranı bu kibercinayətin törədilməsində təqsirli hesab etsə, o zaman onu 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.
EMİL
29/08/12 Çap et