“İntel” noutbuklar üçün yeni “Core i7” prosessorları hazırlayır
“İntel” korporasiyasının mobil prosessorları silsiləsinə aşağı enerji istehlaklı “Celeron M 787” çipi daxil edilib. Həmçinin, ultrabuklarda istifadəyə hesablanmış məmulat 1 nüvəlidir və 1,3 QHz takt tezliyində işləyir. Yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 17 Vatt-a bərabərdir; keş tutumu - 1 MB-dır. “Celeron M 787” istehsalında 32 nanometrlik texnologiya tətbiq edilib. İri topdansatış partiyalarda məmulatın qiyməti 107 dollardır.
“İntel” korporasiyası, həmçinin 4-cü rübə noutbuklar üçün yeni “Core i7” seriyalı prosessorları çıxarmağı nəzərdə tutub. Satışa 4 nüvəli “i7-2960XM Extreme Edition”, “i7-2860QM” və “i7-2760QM” modelləri, həmçinin 2 nüvəli “i7-2640M” çipi daxil olacaq. Onlar quraşdırılmış “HD 3000” qrafik kontrollerinə və “Turbo Boost” sistem dəstəyinə malik olacaqlar. Prosessorlar 32 nanometr texnologiya üzrə hazırlanacaqlar.
hard.compulenta.ru