Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyanın kosmik xidmətlər bazarındakı payı 2 faiz təşkil edir


Rusiyanın kosmik xidmətlər bazarındakı payı cəmisi 2 faiz təşkil edir. Yeddinci Beynəlxalq Aerokosmik konqresdə çıxış etmiş "Energiya" Raket Kosmos Korporasiyasının (RKK)  prezidenti, baş konstruktor Vitali Lopota belə qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "kosmonavtika dünyada təbii resurslar bazarı ilə müqayisə edilə bilən bazar yaradıb" - o qeyd edib və bu bazarın 80 faizi kosmik xidmətlərdən ibarətdir. Bu halda Rusiyanın kosmik xidmətlər bazarındakı payı cəmisi 2 faiz təşkil edir.

"Biz uzun müddət uğurlarımızla fəxr etmişik – “Energiya” RKK-ın direktoru bildirib. Nəticədə elektronika və idarə sistemləri sahəsində məğlubiyyət bu bazarda möhkəmlənməyə imkan vermədi".

Lopotanın sözlərinə görə, ABŞ hakimiyyəti 2009-cu ildə kosmonavtika sahəsinə 64 milyard dollar sərmayə yatırıb. Rusiya, Çin, Avropa, Kanada, Yaponiya dövlətlərinin bu sahəyə qoyduğu məbləğin ümumi həcmi 21,5 milyard dollar təşkil edir.



EMİL





29/08/12    Çap et