Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Energetika kürəsi kompyuter arxasında daha az vaxt keçirməkdə yardımçı olacaq (VİDEO)


Münhen Universitetində təhsil alan almaniyalı iki tələbə "fərdi energetika kürəsi" hazırlayıblar. Energetika kürəsi insanların kompyuterdən az istifadəsi və daha çox gəzintilərdə vaxt keçirməsi üçün nəzərdə tutulub. Qurğunun istehsalçıları Yanko Hofman və Fabian Fammer buna "enerjinin virtual səviyyəsinin sistemi" vasitəsilə nail olublar.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, belə qurğuya malik istifadəçi velosipeddə gedərkən kürə sükana bağlanıldığını müəyyən edir və avtomatik olaraq enerji toplamağa başlayır. Əgər aparat virtual enerji toplayıbsa, rəngi yaşıl olur.

Qurğunun sahibi gəzintidən evə qayıtdıqdan sonra kürəni velosipeddən çıxardır və onu “USB” vasitəsilə kompyuterə birləşdirir. İstifadəçi kompyuter arxasında çox vaxt keçirdikdə kürənin enerjisi boşalaraq qırmızı rəng alır.

Velosiped vasitəsilə toplanılmış enerji bir müddətdən sonra azalmağa başlayır. O zaman kürə ilə birlikdə tədarük edilmiş proqram işə başlayır. Proqram avtomatik olaraq “siçan”ın sürətini minimuma qədər azaldır. Yenidən FK arxasında səmərəli vaxt keçirmək üçün velosipeddə gəzmək lazımdır. Düzdür, kürəni “USB”-dən çıxarmaq və onun proqramını silməklə bloklanmanı aradan qaldırmaq olar.
 


 
EMİL





29/08/12    Çap et