Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” növbəti nəsil hesablama kompleksi təqdim edib


“IBM” korporasiyası “zEnterprise EC12” hesablama kompleksi təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, meynfreymlər böyük tutumlu məlumatların mərkəzləşdirilmiş anbarının təşkili və intensiv hesablama işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulub.

“EC12” hesablama kompleksinin yaradılmasına 1 milyard dollardan çox sərmayə yatırıldığı bildirilib; sistem maliyyə müəssisələri, dövlət sifarişçiləri və iri korporativ istifadəçilər üçün nəzərdə tutulub.

Kompleks 101 hesablama nüvəsindən ibarətdir. “IBM”-in bəyanatına əsasən, “EC12” meynfreymi sələfi – “Z196” sistemi ilə müqayisədə 25 faiz daha yüksək məhsuldarlıq təmin edir.

“EC12” modelində təhlükəsizliyin təmin olunması üçün əlavə vasitələr nəzərdə tutulub. Məsələn, məlumatların və əməliyyatların müdafiəsi üçün “IBM Research” bölməsi tərəfindən hazırlanmış “Crypto Express4S” adlı xüsusi soprosessor istifadə olunur.
 
 
EMİL
 





29/08/12    Çap et