Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Western Digital” ən iri “HDD” istehsalçısı adını geri qaytarıb
“Western Digital” (WD) şirkəti sərt disk bazarında yenidən birinciliyi ələ keçirib.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin ikinci rübündə “WD” şirkəti təxminən 71 milyon sərt disk istehsal edib. “WD”-nin ikinci rübdə mədaxili 4,8 milyard ABŞ dolları təşkil edib.
“Seagate” şirkəti müvafiq dövrdə 65,9 milyon “HDD” tədarük edib və 4,5 milyard dollar həcmində mədaxil əldə edib.
“IHS iSuppli” analitik şirkətinin məlumatların saxlanılması sistemləri sahəsi üzrə analitiki Fenq Çjan (Fang Zhang) qeyd edib ki, hazırda “WD” şirkəti Taylandda baş vermiş daşqından sonra yaranmış problemləri tamamilə aradan qaldırıb. “WD” ikinci rübdə noutbuklar üçün “HDD” tədarüklərinin həcmini 28 faiz artıra bilib.
Ümumilikdə 2012-ci ilin ikinci rübündə 157 milyon sərt disk tədarük edilib. Birinci rüblə (145.1 milyon) müqayisədə sərt disklərin tədarükü 8 faiz artıb. 45 faiz bazar payına malik “Western Digital” şirkəti aparıcı “HDD” istehsalçıları arasında birinci yerdə qərarlaşıb. İkinci yerdə 42 faiz bazar payı ilə “Seagate”, üçüncü yerdə isə 13 faiz bazar payı ilə Yaponiyanın “Toshiba” şirkəti qərarlaşıb.
EMİL
29/08/12 Çap et