Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Server bazarında azalma qeydə alınıb


“IDC” şirkətinin hesabatına əsasən, “IBM” və “Hewlett-Packard” (HP) şirkətləri 2012-ci ilin ikinci rübünün nəticəsinə görə server bazarında lider mövqedə qalmaqda davam ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ən iri istehsalçılar arasında bir il ərzində server avadanlığı satışlarından əldə olunan mədaxili artırmağı bacaran yalnız “Dell” şirkəti olub. “Dell” şirkəti “HP” və “IBM”-dən sonra üçüncü yerdə, “Oracle” və “Fujitsu şirkətləri isə müvafiq olaraq dördüncü və beşinci yerdə qərarlaşıblar.

“IDC”-nin analitikləri bildiriblər ki, müasir cəmiyyətin kompyuterləşdirilməsi trendinə baxmayaraq bir il ərzində server bazarında tələbat zəifləyib.

Digər tərəfdən, “IDC” tədqiqat şirkəti qeyd edib ki, ötən 1.5 ildə server bazarının həcmi aktiv şəkildə artıb, şirkətlər aparat təminatını yeniləyiblər, hazırda bazar düzəlişə doğru gedir, çünki müştəri ehtiyacı sonsuz deyil. “IDC”-nin hesablamasına görə, server bazarında satışların həcmi il ərzində pul baxımından 4,8 faiz azalıb. 2012-ci ilin aprel-iyul aylarının nəticəsinə görə dünya bazarında 12,6 milyard dollar həcmində, təxminən 2 milyon server satılıb.
 
EMİL





29/08/12    Çap et