Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows Phone 8” platformasında ilk smartfon təqdim edilib
“Samsung” şirkəti Berlində keçirilən tədbirdə “Windows Phone 8” (WP8) əməliyyat sistemində (ƏS) işləyən “ATIV S” adlı birinci smartfonu təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğunun korpusu alüminiumdan hazırlanıb və “Super AMOLED” texnologiyası üzrə hazırlanmış 4,8 düymlü ekranla təchiz edilib. Aparatın qalınlığı 8,7 millimetr təşkil edir. Batareyanın tutumu 2300 milliamper/saata bərabərdir.
“ATIV S” smartfonu 1.5 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 1 QB əməli yaddaş, 16 və ya 32 QB daxili yaddaşla təchiz olunub. “MicroSD” kartları üçün konnektor nəzərdə tutulub.
Aparat iki kamera (arxa paneldə 8 meqapiksel və ön hissədə 1,9 meqapiksel) ilə təchiz olunub.Qeyd edək ki, “WP 8” mobil ƏS-i 2012-ci ilin iyununda təqdim edilmişdi, lakin avqustun 29-dək bu platformada heç bir qurğu elan edilməmişdi.
EMİL
30/08/12 Çap et