Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xüsusi eynək tələb etməyən ən böyük “3D” ekran hazırlanıb


Yaponiyanın “Panasonic Corp.” korporasiyası xüsusi eynək tələb etməyən ən böyük “3D” ekran hazırlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni plazma panelin diaqonalı 103 düym təşkil edir. Ekran, həmçinin sensor panellə təchiz edilib.

Onun vasitəsilə  ekranda əks olunan təsviri idarə etmək olar. Məsələn, təsvirin ölçüsünü və baxış bucağını dəyişdirmək olar. “Panasonic” şirkəti yeni ekranla muzey, həmçinin təhsil müəssisələrinin maraqlanacağına ümid bəsləyir.






 
EMİL





30/08/12    Çap et