Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Motorola”nın sabiq əməkdaşı informasiya oğurladığına görə 4 il müddətinə azadlıqdan məhrum edilib
“Motorola” şirkətinin sabiq əməkdaşı, proqramçı Xanszyuan Szin məxfi informasiyanı Çin şirkətinə ötürdüyünə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, Szin “Motorola” şirkətində 1998-2007-ci illərdə işləyib. 2007-ci ilin fevralında “O'Xara” aeroportunun təhlükəsizlik xidmətinin əməkdaşları təsadüfi yoxlama zamanı qızda 30 min dollar nağd pul və mindən çox məxfi texniki sənəd aşkar etdikdən sonra araşdırmalara başlanılıb. Szinin evində aparılan araşdırmalar nəticəsində onun 2004-cü ildən etibarən Çin şirkətlərindən birində işlədiyi məlum olub.
EMİL
30/08/12 Çap et