Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi xidmətləri “Elektron hökumət” portalına inteqrasiya edilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiyası işini davam etdirir. Belə ki, artıq “Azərsu” ASC-yə məxsus su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi elektron xidmətləri də “http://www.ehdis.az/” portalına inteqrasiya edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, interaktiv növlü hər iki elektron xidmət tam avtomatlaşdırılıb və ödənişsiz olaraq həyata keçirilir. Su borcunun öyrənilməsi üçün abonent su kodunu daxil edir. Bu zaman həmin abonentə aid su borcu, sayğac nömrəsi, sayğacın son göstəricisi və son göstərici oxunma tarixini özündə əks etdirən məlumat verilir.

Abonentlərin su borclarının internet vasitəsi ilə ödənilməsi xidməti Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşmiş İnformasiya Sistemləri (KÖMİS) və “GoldenPay” MMC ilə birgə həyata keçirilir. Sözügedən elektron xidmət ödəmə əməliyyatı sorğusu sistemə daxil olunan kimi yerinə yetirilir və müraciət edən abonentin su borcunun internet üzərindən onlayn olaraq ödənilməsi təmin olunur.

CAHANGİR





30/08/12    Çap et