Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni Orlean "İsaak" qasırğasına hazırdır
"Katrina" qasırğasından ötən 8 il ərzində kompyuterlərin gücü mühüm dərəcədə artıb və tufan dalğalarının modelləşdirilməsinin müasir texnologiyaları qasırğaların sahilboyu əraziyə təsiri barəsində daha ətraflı proqnoz əldə etməyə imkan yaradır.
Luiziana və Texas universitetlərinin yüksək məhsuldarlıqlı hesablama mərkəzlərində tərtib edilmiş kompyuter modelləri fövqəladə xidmətlərə hansı yolların su altında qalacağını, hansı rayonlara daxil olmanın çətinləşəcəyini, insanların və həyat üçün lazımi ehtiyatların harada yerləşdirilməsini müəyyən etməkdə yardımçı olur.
“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, "İsaak" qasırğasının yaxınlaşmasına görə Yeni Orlean Universiteti çərşənbə axşamı işini dayandırıb.
EMİL
30/08/12 Çap et