Əmlak Məsələləri Dövlət Komitəsi “Elektron hökumət” portalına qoşulub
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, dövlət orqanı tərəfindən təqdim olunan 2 elektron xidmət "
ehdis.az" portalına inteqrasiya edilib. Komitənin portala təqdim etdiyi xidmətlər sırasına daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi və müraciətin icra vəziyyətinin öyrənilməsi e-xidmətləri daxildir.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən dövlət orqanlarının "Elektron hökumət"in Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulması prosesi dövlət orqanlarının informasiya resursları arasında mübadilənin və şəbəkələrin qarşılıqlı fəaliyyətinin təşkili, dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə nazirlik və komitələr daxil olmaqla, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara müraciət edə bilməsinə imkan verilməsi məqsədilə həyata keçirilir.
CAHANGİR