Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər dünya şöhrətli futbolçulara hücum edib


Adları  dillər əzbəri olan dünya şöhrətli futbolçuların internet səhifələri dağıdılıb. Hakerlər futbolçuların internet səhifələrini öz istədikləri formaya salıblar. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Rusiya mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilir ki, İspaniyanın “Real Madrid” və  “Barselona” klublarının oyunu zamanı hakerlər bir sıra məşhur futbolçuların “Twitter” sosial şəbəkəsində səhifələrini dağıdaraq ora təhqiredici sözlər yazıblar. Haker hücumuna məruz qalan futbolçular sırasında Dani Alveş, Xavyer Masçerano, David de Xeya, Ueyn Runi, Serxio Aquero, Samir Nəsrinin də adı var.






SEYMUR




30/08/12    Çap et