Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyədə siqaret qadağasına GPS-i dəstəkləyən mobil cihazlarla nəzarət ediləcək


Türkiyə ictimai yerlərdə siqaret çəkilməsini yasaqladıqdan sonra daha sərt addımlar atmağa başlayıb. “ICTnews.az” elektron xəbər xidməti Türkiyə mətbuatına istinadən bildirir ki, bundan sonra qardaş ölkədə qapalı məkanlarda siqaret qadağasına GPS-i dəstəkləyən mobil cihazlarla nəzarət ediləcək. 

Məsələ ilə bağlı açıqlama verən səhiyyə naziri Rəcəb Akdağ bildirib ki, sözügedən metod siqaret qadağasını pozanlara qarşı mübarizədə ümumi işi daha da asanlaşdıracaq.

Məlumata görə, nazirliyin 184 nömrəli "qaynar xətt"inə siqaret qadağasının pozulması ilə bağlı məlumat daxil olan zaman həmin ərazi GPS vasitəsilə izləniləcək və sonra oraya ən yaxınlıqdakı xüsusi qrup göndəriləcək. Yeni metod sentyabr ayından tətbiq ediləcək.



SEYMUR





30/08/12    Çap et