Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İndoneziya telekommunikasiya peykini 2013-cü ildə orbitə buraxacaq
İndoneziyanın Milli Aeronavtika və Kosmos İnstitutunun (LAPAN) hazırladığı peyk 2013-cü ildə Hindistanın Şrixarikota kosmodromundan orbitə buraxılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, çəkisi 78 kiloqram olan “Lapan A2” adlı kosmik aparatın əsas vəzifəsi İndoneziya arxipelaqında yerləşən onlarla dənizdə gəmilərin hərəkətini müşahidə etməkdən ibarət olacaq.
"Lapan A2” kosmik aparatı İndoneziyanın kosmik texnologiyalar hazırlaması sahəsində nailiyyətidir" - sənəddə belə qeyd edilib.
EMİL
31/08/12 Çap et