Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə kiberhücumların sayı 40 dəfədən çox artıb


“SafeNet” şirkətinin keçirdiyi sorğu nəticəsində hazırda Britaniya şirkətlərindən yalnız 43,7 faizinin veb-tətbiqlərin trafikini şifrələdiyi məlum olub. Son hadisələrə əsasən qeyd etmək olar ki, hücumların əksər hallarda uğurlu alınması zərərçəkmiş təşkilatların İT sistemlərində çox mühüm məlumatların mühafizəsi üçün lazımi şifrələmə kompleksi strategiyasının mövcud olmaması ilə bağlıdır.

Ekspertlər qeyd ediblər ki, məhz belə şifrələmə strategiyasının mövcud olmaması sayəsində hakerlər şəbəkəyə icazəsiz girişdən sonra dərhal böyük tutumlu məxfi informasiyanı ələ keçirirlər. Məlumatların mühafizəsi sistemində belə boşluqlar gəlir itkisinə, həm də şirkətlərin ümumi nüfuzuna mənfi təsir göstərir. Bütün bu baş verənlər isə ondan xəbər verir ki, İT menecerlərin əksəriyyəti əsas məlumatların şifrələmə protokollarından istifadə etməklə mühafizəsindən tam xəbərdar deyil.

2011-ci ildə məlumat itkisinin 98 faizi xarici amillərlə bağlı olub. Belə ki, 2011-ci ildə sistemlərin “sındırılması” və ziyanverici proqram təminatından istifadə ilə bağlı baş vermiş hadisələrin sayı əhəmiyyətli dərəcədə artıb.
 
EMİL





31/08/12    Çap et