Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tokio məhkəməsi “Apple” şirkətinin “Samsung”a olan iddiasını rədd edib


Tokio dairə məhkəməsi Amerikanın “Apple” korporasiyasının patent hüququnun pozulması ilə bağlı Cənubi Koreya şirkətinə qarşı qaldırdığı iddiasını rədd edib. “Samsung” şirkətini 8 smartfon modelində kənar ixtira və hazırlamalardan qanunsuz istifadədə ittiham etmişdilər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Tokio məhkəməsi “Apple” korporasiyasının  iddiasını əsassız sayıb.

Lakin çıxarılmış qərar hər iki korporasiyanın yapon bazarı uğrunda apardığı “müharibə”də nöqtə qoymur. Prosesdə yalnız kompyuterdəki musiqi və digər məlumatların smartfon və planşetlərə ötürülməsi texnologiyası haqqında kifayət qədər dar məsələyə baxılırdı. Hazırda hər iki şirkət dünyanın 10 ölkəsində belə məhkəmə prosesləri aparır.



EMİL






31/08/12    Çap et