Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un mədaxili azalacaq


“EMarketer” analitik şirkətinin yeni proqnozuna əsasən, 2012-ci ildə “Facebook” sosial şəbəkəsinin mədaxili təxminən 5,04 milyard dollar təşkil edəcək. Bu göstərici bundan əvvəl elan edilmiş proqnozdan (6,1 milyard dollar) aşağıdır. “EMarketer” analitik şirkəti proqnoza düzəliş etməsini dünyanın ən böyük sosial şəbəkəsində reklam satışlarının artımında zəiflik müşahidə olunması ilə əlaqələndirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Emarketer”in analitiki Debra Uilyamson hazırda “Facebook”un auditoriyasının təxminən 955 milyon istifadəçidən ibarət olduğunu və bu göstəricini gələcəkdə artırmağın heç də asan olmayacağını vurğulayıb.

Bundan əlavə, marketoloqların əksəriyyəti “Facebook” sosial şəbəkəsində reklamın nə qədər effektiv olması sualı ilə çıxış edirlər. Uilyamson bildirib ki, “Facebook” elan verənlərə mümkün qədər tez hazır məqsədli reklam həlləri təklif etməli, həmçinin mobil auditoriyadan pul qazanmalıdır.

“Facebook”un mətbuat katibi Elizabet Diana bildirib ki, sosial şəbəkə marketoloqlar üçün artıq gələn həftə yeni həllər təqdim edəcək.
 
EMİL





31/08/12    Çap et