Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişikliklərin edilməsi barədə fərman imzalayıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, fərmanda Əsasnaməyə 11.7-ci və 11.8-ci bəndlər əlavə edilməsi bildirilir. Əlavə olunacaq bəndlər bunlardır:
"11.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə sığortalı Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə məlumatlar;
11.8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi – daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı şəxslərin ərizələrindəki şəxsiyyət vəsiqələri üzrə məlumatlar".
SEYMUR
31/08/12 Çap et