Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ailə TV” “Ailə”yə qoşul - LCD TV qazan” adlı lotereyaya başlayır
“Ailə TV” “Ailə”yə qoşul - LCD TV qazan” adlı lotereyaya start verir. Lotereya sentyabrın 1-dən 20 dekabra qədər davam edəcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Ailə TV”-nin Mətbuat xidmətindən məlumat verilib. Şirkətdən bildirilib ki, lotereyada “Ailə TV”-nin rəqəmli və HD yayım abunəçiləri, lotereyanın keçirildiyi dövrdə rəqəmsal yayıma qoşulmuş və eyni zamanda rəqəmli yayımı CAM modul üzərindən izləyən abunəçilər iştirak etmək hüququ qazanırlar.
Lotereyanın keçirilmə şərtlərinə əsasən, abunəçinin mənzilindəki rəqəmli qəbuledicinin daxilində “Smart Card”ın unikal seriya nömrəsinin son 5 rəqəmi abunəçinin lotereyada iştirak biletinə bərabər məlumat daşıyıcısı hesab olunur. Ötən illərdə olduğu kimi, bu il də 20 dekabr tarixində keçiriləcək tirajda qalib gəlmiş 10 abunəçi 10 ədəd LCD televizor əldə edəcək.
Lotereya “Ailə TV İnfo” kanalı vasitəsilə yayımlanacaq.
Qaydalara əsasən, builki tirajda qalib gəlməyən abunəçilər növbəti tirajda iştirak etmək hüququ qazanacaqlar. “Ailə”yə qoşul - LCD TV qazan” adlı lotereya hər bir rəqəmli yayım abunəçisi qalib olanadək davam edəcək.
Şirkətdən qeyd edilib ki, “Ailə”yə qoşul - LCD TV qazan” adlı lotereya ilə yanaşı, kabel televiziyası “Dost Gətir”, “5 ay ödə, 1 ay pulsuz izlə”, “Rəqəmli qəbuledicini pulsuz qazan”, “Tələbələr üçün yeni iş fürsəti” kimi aksiyalar da həyata keçirir. Həyata keçirilən bütün həvəsləndirici aksiyalar qeyri-müəyyən müddətə qədər davam edir. Mütəmadi olaraq müxtəlif həvəsləndirici kampaniyalar keçirən şirkət bildirir ki, əhalinin güzəştli əsaslarla rəqəmli və HD yayımdan istifadə edə bilməsi üçün bu kampaniyalar gələcəkdə də davam edəcək.
Xatırladaq ki, “Ailə TV” fiber-optik texnologiya bazasında əhaliyə analoq, rəqəmli və HD yayım təqdim edir və hazırda şirkətin əhatə dairəsi Bakı və Gəncə şəhərlərini əhatə edir.
HƏQİQƏT
31/08/12 Çap et