Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə Rusiyada elektron ticarət bazarının həcmi 390 milyard rubl təşkil edəcək


"PayU"-nun marketinq üzrə direktoru Aleksandr Kulebyakin bildirib ki, 2012-ci ildə Rusiyada elektron ticarət bazarının həcmi 390 milyard rubl (2011-ci illə müqayisədə artım 26 faizə bərabərdir) təşkil edəcək və 2013-cü ilin nəticəsinə görə bu göstərici 480 milyardadək artacaq.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, hazırda Rusiyanın internet auditoriyasının 50 faizdən çoxu onlayn-ödənişlərdən istifadə edir. Alıcıların 74 faizi  internet üzərindən fiziki məhsullar, 26 faizi isə biletlər və rəqəmli məhsullar satın alır.

Elektron ödənişlər bazarının inkişafı onunla izah olunur ki, alıcıların 39 faizi birinci onlayn satın almasını 1-3 il əvvəl, 36 faizi isə 1 il əvvəl həyata keçiriblər.
 




EMİL





01/09/12    Çap et