Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Apple" şirkəti yeni "iPhone" smartfonu üçün ekran çatışmazlığı ilə üzləşə bilər


"Apple" korporasiyasının tərəfdaşlarından biri olan "Sharp" şirkəti indiyə qədər yeni nəsil "iPhone" smartfonu üçün kütləvi ekran istehsalına başlamayıb. Bu da nəticədə yeni "iPhone" smartfonunun tədarüklərində problem yarada bilər.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, "Sharp" şirkəti avqustun sonunadək "iPhone" smartfonu  üçün ekran istehsalına başlamalı idi, lakin texniki çətinliklər üzündən bu alınmayıb.

"Sharp" şirkətindən əlavə, daha iki şirkət ("LG Display" və "Japan Display") də "Apple" üçün ekran  istehsalı ilə məşğul olur. Onlar artıq tədarüklərə başlayıblar.






EMİL





01/09/12    Çap et