Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron siqaretlər …
Yeni tədqiqat məlumatlarına əsasən, hazırda populyar olan elektron siqaretlər ağciyərə zərər vura bilər.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, elektron siqaretlər konstruksiyaya görə siqaret çəkmə effektini simulyasiya edən elektron borudan ibarətdir.
Son tədqiqat məlumatlarına əsasən, elektron siqaretlər tənəffüs yollarını tutmaqla nəfəsdə təxminən 10 dəqiqəlik çətinlik yaradır. Bu isə öz növbəsində siqareti atmaq istəyənlər üçün tənəffüs prosesini çətinləşdirir. Afina Universitetində çalışan mütəxəssislər belə nəticəyə gəliblər.
Tədqiqatda 32 insan iştirak edib. "E-siqaretlər kimi müxtəlif sertifikatlaşdırılmamış nikotin məhsullarının siqaretlərdən daha təhlükəsiz olduğunu demək hələ tezdir, hərçənd reklamda məhz bu iddia edilir.
Tədqiqat müəlliflərindən biri olan Kristina Qrasiou bildirib ki, elektron siqaretlərin təhlükəsizliyi haqqında daha əsaslı şəkildə danışmaq üçün əlavə tədqiqatlara ehtiyac var.“UBS”-in proqnozuna əsasən, 2011-ci ildə elektron siqaret bazarının həcmi 250 milyon dollar təşkil edib.
EMİL
03/09/12 Çap et