Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” saxta “layk”lara qarşı müharibə elan edib


“Facebook” rəhbərliyi saxta “layk"lara qarşı müharibə elan edib. Beləliklə, şirkət bazarda inamsızlığın artımı fonunda nüfuzunu qorumaq istəyir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Facebook” qaydalar üzrə hərəkət etdiyini nümayiş etdirmək istəyir. Son zamanlar kütləvi informasiya vasitələrində (KİV”) bəzi şirkətlərin “layk”ların sayını artırmağa imkan verən  xüsusi proqram təminatından istifadə etməklə yanaşı, hətta onları almaqla bağlı xəbərlər geniş yer alır.

Məsələ ilə bağlı “Facebook” rəsmi mövqeyini bildirib. Şirkət bəyan edib ki, “layk”larla bağlı heç bir ticarət olmayacaq. “Facebook”un müdafiə sistemində boşluqlar axtaran proqram təminatına gəlincə isə bu sahədə ciddi irəliləyiş əldə olunub.

“Facebook”un menecerləri iddia ediblər ki, bəzi "layk”lar artıq  avtomatik silinəcək.“Facebook” 2012-ci ildə sistemdəki hesabların 5-6 faizinin saxta ola bilməsi haqqında informasiyanı təsdiqlədi. Bu isə o deməkdir ki, sosial şəbəkənin təxminən 54 milyon istifadəçisi özü haqqında əsl informasiyanı gizlədir, ya da robotdur.

EMİL





03/09/12    Çap et