Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Pirate Bay” fayl mübadiləsi saytının təsisçilərindən biri həbs edilib
“Pirate Bay” fayl mübadiləsi saytının təsisçilərindən biri olan Hottfrid Svartholm Kambocada həbs edilib.
“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, "biz onu İsveç hökumətinin sorğusuna əsasən informasiya texnologiyaları sahəsində törətdiyi cinayətə görə həbs etmişik" - Kamboca polisinin rəsmi nümayəndəsi Kirt Çantarit bildirib.
Çantaritin sözlərinə görə, Kamboca və İsveç arasında cinayətkarların ekstradisiyası haqqında heç bir saziş, müqavilə imzalanmayıb, lakin Kamboca hakimiyyəti bu halda nə etmək lazım olduğuna baxacaq.
“Pirate Bay” saytı 2003-cü ilin noyabrında yaradılıb. Portal dünyanın 30 dilində xidmət göstərir. 2006-cı ildə İsveç polisi “Pirate Bay”-in kompyuter və serverlərini müsadirə etmişdi, lakin sayt bir neçə gündən sonra yenidən fəaliyyətə başlamışdı.
Hazırda saytın serverləri İsveçdən kənarda yerləşir. 2009-cu ilin aprelində Stokholm məhkəməsi “Pirate Bay” fayl mübadiləsi saytının 4 təsisçisini 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
EMİL
03/09/12 Çap et