Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq poçt göndərişləri vasitəsilə alınan mallara hansı gömrük ödənişləri tətbiq edilir?


Azərbaycana gələn və ya ölkədən gedən səyahətçilərin bəziləri son zamanlar gömrük nəzarətinə yazılı, şifahi, yaxud da elektron formada bəyan etməli olduqları məlumatları vermədikləri üçün gömrük postunda saxlanılır ki, saxlanılanlar da bunun səbəbini müvafiq qanunlara yaxşı bələd olmadıqları ilə izah edirlər.

Bu baxımdan, vətəndaşların bilməsi vacib olan bir çox məlumatlar var ki, onlardan biri də “Fiziki şəxslər tərəfindən beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallara gömrük ödənişlərinin tətbiqinə dair məlumat”dır.

“ICTnews” elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 saylı Qərarı (əlavə və dəyişikliklərlə birgə) ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”nın 2.1.2. yarımbəndinə uyğun olaraq beynəlxalq poçt göndərişləri vasitəsilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirə bilərlər. Gətirilən mallar qeyd olunan həddən çox olduqda, mallara gömrük vergi və rüsumları respublika prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 24 iyun 1997-ci il tarixli 609 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.5.2 yarımbəndində nəzərdə tutulan müvafiq təsdiqedici sənədlər (malın mənşəyini təsdiq edən sənəd, yol-nəqliyyat sənədləri, invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd və s.) gömrük orqanına təqdim olunmaqla, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə” 27 noyabr 2007-ci il tarixli 189 nömrəli, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə” 22.12.2003-cü il tarixli 161 nömrəli və “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” 30.12.2007-ci il tarixli 220 nömrəli qərarlarına uyğun olaraq tətbiq edilir.
 
HƏQİQƏT





03/09/12    Çap et