XİN 3 gündür hakerlərin müdaxilələrinin qarşısını alır
Bu gün səhər saatlarında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet səhifəsinə (
mfa.gov.az) daxilolmada yubanmalar olub. Lakin bir qədər keçdikdən sonra sayta daxil olmaq əvvəlki qaydaya düşüb.
Məsələ ilə bağlı XİN-in Mətbuat xidmətindən “ICTnews.az” elektron xəbər xidmətinə bildirilib ki, artıq 3 gündür sayta hakerlər tərəfindən müdaxilələr edilir: «Lakin müdaxilələrin qarşısı dərhal alınır. Ona görə də saytın fəaliyyəti dayanmayıb və hazırda da saytımız tam gücündə fəaliyyət göstərir».
XİN-dən o da bildirilib ki, nazirliyin saytına edilən haker müdaxilələri ilə bağlı araşdırma aparılıb və məlum olub ki, bu, ölkə daxilindən deyil: «Edilən müdaxilələr Azərbaycanın sərhədləri daxilindən deyil, xaricdəndir».
SEYMUR